satellite   Azerspace-1: 11135 H 30000

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq təkcə bu ölkələrin özlərinin təhlükəsizliyinə deyil, həm də bütün regionda sülhə, sabitliyə və təhdidlərin qarşısının alınmasına əhəmiyyətli töhfə verəcək.

NTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, 7 avqust 2026-cı il tarixli üçtərəfli Məkkə Müdafiə Sazişinin əsas məqsədi böhranlara cavab verməyə hazır olan və zəruri hallarda xüsusi hərbi dəstək göstərməyə yönəlmiş institusional mexanizm yaratmaqdır.

Müdafiə Nazirliyi vurğulayıb ki, Ankara, Ər-Riyad və İslamabad arasında imzalanan saziş müdafiə xarakteri daşıyır və heç bir ölkəni “ortaq düşmən” və ya “rəqib” kimi müəyyən etmir.

Bəyanatda deyilir: “Saziş Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Baş Qərargah rəislərinin iştirak etdiyi mexanizmlərin yaradılmasını, həmçinin ən yüksək səviyyədə koordinasiyanı nəzərdə tutur. Əməkdaşlıq komanda-qərargah və səhra təlimləri ilə başlayacaq və sonrakı mərhələlərdə quru, dəniz, hava qüvvələri, hava hücumundan müdafiə vasitələri və pilotsuz sistemlərin iştirak etdiyi birgə təlimlərə çevriləcək.

Qarşıdan gələn təlimlərin məqsədi potensial böhranlar yaranmazdan əvvəl ölkələrin müdafiə ehtiyaclarını və çatışmazlıqlarını müəyyənləşdirmək, toplanmış təcrübəni müdafiə doktrinalarına daxil etmək və birgə əməliyyat imkanlarını təkmilləşdirməkdir”.

Ankara pilotsuz uçuş texnologiyalarını, elektron müharibəni və süni intellektlə təchiz olunmuş sistemləri Ər-Riyad və İslamabadla əməkdaşlığın prioritet sahələri kimi müəyyən edib.

“Məkkə Sazişi NATO-ya “alternativ” və ya “rəqib” deyil, əksinə, beynəlxalq təhlükəsizlik arxitekturasını tamamlayan, regional təhlükəsizliyə və sabitliyə töhfə verən mexanizmdir”, -deyə qeyd edən nazirlik vurğulayıb ki, bu mexanizm inkişaf etdikcə və konsensus olarsa, digər ölkələrin iştirakı da nəzərdən keçirilə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM