satellite   Azerspace-1: 11135 H 30000

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

İyul ayında dünya miqyasında satılan elektrikli nəqliyyat vasitələrinin sayı 1,85 milyon ədədə çatıb.

NTV “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, bu göstərici illik müqayisədə 9 faiz artım, aylıq müqayisədə isə 10 faiz azalma deməkdir. Yanvar-iyul aylarında elektromobillərin satışı 11,5 milyon ədəd olub ki, həmin göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir.

Avropada elektrikli nəqliyyat vasitələrinin satışı iyulda 450 min ədədə çatıb ki, bu da illik müqayisədə 33 faiz artım deməkdir, lakin aylıq müqayisədə 17 faiz azalma müşahidə olunub. Yanvar-iyul aylarında Avropada satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 3 milyon ədədə çatıb.

İyulda Çində elektrikli nəqliyyat vasitələrinin satışı illik müqayisədə 5 faiz azalaraq 980 min olub, yanvar-iyul aylarında isə 12 faiz azalaraq 5,9 milyon ədədə düşüb. Şimali Amerikada satışlar illik müqayisədə 27 faiz azalıb. İyulda bu regionda 140 min elektrikli nəqliyyat vasitəsi satılıb, yanvar-iyul aylarında satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalaraq 900 min ədəd olub.

Ötən ay dünyanın qalan hissəsində elektrikli nəqliyyat vasitələrinin satışı illik müqayisədə 97 faiz artaraq 280 min ədədə, yanvar-iyul aylarında isə 96 faiz artaraq 1,7 milyona çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM