satellite   Azerspace-1: 11135 H 30000

Avropa İtifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir

Avropa İtifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir

Avropa İttifaqında təkrar emalı artırmaq və kritik xammal üzrə xaricdən asılılığı azaltmaq məqsədilə hazırlanmış istismar müddəti başa çatmış avtomobillərlə bağlı yeni qaydalar bu gündən qüvvəyə minir.

NTV xəbər verir ki, “İstismar müddətini başa vurmuş avtomobillər haqqında Tənzimləmə” ilə avtomobil sektorunda resurslardan daha səmərəli istifadə edilməsi, qiymətli materialların bərpası və təkrar istifadəsinin artırılması, həmçinin avtomobillərin bütün həyat dövrü ərzində ekoloji göstəricilərinin yaxşılaşdırılması hədəflənir.

Tənzimləmə çərçivəsində avtomobillərin sökülməsini, ehtiyat hissələrinin yenidən istifadəsini və materialların təkrar emalını asanlaşdıracaq şəkildə layihələndirilməsi təşviq ediləcək.

Yeni qaydalar avtomobil istehsalında təkrar emal olunmuş materiallardan istifadəyə dair məcburi hədəfləri müəyyən edəcək.

Bu çərçivədə yeni avtomobillərdə istifadə olunan plastiklərin 2032-ci ildən ən azı 15, 2036-cı ildən isə 25 faizinin təkrar emal edilmiş materiallardan ibarət olması tələb ediləcək.

Aİ Komissiyası polad və alüminium üçün də 2033-cü ildən tətbiq olunması nəzərdə tutulan təkrar emal edilmiş material tərkibi üzrə hədəflər müəyyən edəcək.

Yeni qaydalarla istismar müddətinin sonuna çatmış avtomobillərin toplanması və izlənməsi ilə bağlı tələblər də sərtləşdiriləcək.

İstifadə olunan avtomobillərlə istismar müddətini başa vurmuş avtomobillərin bir-birindən fərqləndirilməsi üçün daha aydın meyarlar tətbiq ediləcək və avtomobillərin izlənəbilənliyi gücləndiriləcək.

İstismar müddətini başa vurmuş avtomobillərdən, xüsusilə, alüminium, mis və nadir torpaq elementləri kimi kritik xammalın daha çox bərpa edilməsinə yönəlmiş tədbirlər görüləcək.

Tənzimləmə çərçivəsində 2031-ci ilin ortalarından etibarən yalnız yollarda hərəkət etmək üçün yararlı olan avtomobillərin Aİ-dən kənara ixracına icazə veriləcək. Bununla da, utilizasiya edilməli vəziyyətdə olan avtomobillərin üçüncü ölkələrə göndərilməsinin qarşısının alınması nəzərdə tutulur.

Genişləndirilmiş istehsalçı məsuliyyəti sistemi ilə istehsalçıların bazara çıxardıqları avtomobillərin istismar müddəti başa çatdıqdan sonra onların toplanması və emal edilməsi xərclərinə töhfə vermələri təmin olunacaq.

Qeyd edək ki, Avropada hər il 10–12 milyon avtomobil istismar müddətini başa vurur və onlar tullantı kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM