satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları bazası yaratmaq cəhdləri bu adanın beynəlxalq statusuna ziddir və regionda mehriban qonşuluq prinsiplərinə zərər vuracaq.

NTV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin avqustun 27-də Ankarada yayımlanan bəyanatında deyilir.

Nazirlik Türkiyənin regionda öz hüquq və maraqlarını qorumağa davam edəcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Ankara Afinanın “səhv praktikadan uzaqlaşmaq yolunda müsbət addım” kimi Karpatos adasından “Patriot” zenit-raket komplekslərini Krit adasına dislokasiya etmək barədə qərarını müsbət addım adlandırıb.

Türkiyə Yunanıstana məxsus demilitarizasiya edilmiş adaların statusunu dəqiq şəkildə tənzimləyən beynəlxalq sazişlərin qüvvədə olduğunu xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM