satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır

Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır

Almaniyada fəaliyyəti 2023-cü ildə qadağan olunmuş ifrat sağçı “Artgemeinschaft” təşkilatının fəaliyyətinin davam etdirilməsinə dair şübhələrlə əlaqədar beş federal əyalətdə axtarışlar aparılır.

NTV  yerli mediaya istinadla xəbər verir ki, əməliyyat 15 şübhəli barəsində aparılan istintaq çərçivəsində həyata keçirilir. Onların qadağan olunmuş təşkilata dəstək verməkdə şübhəli bilindiyi deyilir.

Axtarışların əsas hissəsi Saksoniya-Anhalt əyalətində aparılır, Berlin, Brandenburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyada da polis əməliyyatları keçirilir.

“Artgemeinschaft” təşkilatı 2023-cü ildə Daxili İşlər Nazirliyi tərəfindən qadağan edilib. Təşkilatın qadağaya qarşı şikayəti isə apreldə məhkəmə tərəfindən rədd edilib.

Təxminən 150 üzvü olduğu bildirilən qrupun ifrat sağçı və neonasist dairələrlə əlaqələri olduğu qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM