satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan bu Avropa İttifaqı ölkəsinə məhsul ixracını 338,9 dəfə artırıb

Azərbaycan bu Avropa İttifaqı ölkəsinə məhsul ixracını 338,9 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqına üzv olan Lüksemburq, İspaniya və Maltaya məhsul ixracı kəskin artıb.

NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Yeddi ayda Azərbaycandan Lüksemburqa məhsul ixracı illik müqayisədə 338,9 dəfə və ya 20 milyon 190,62 min dollar artaraq 20 milyon 250,37 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycandan İspaniyaya məhsul ixracı isə 5 dəfə və ya 24 milyon 281 min dollar artaraq 30 milyon 345,4 min dollar təşkil edib. Eyni zamanda, həmin dövrdə Azərbaycandan Maltaya 13 milyon 841,08 min dollarlıq məhsul ixrac olunub ki, bu da illik müqayisədə 3,7 dəfə və ya 10 milyon 131,51 min dollar çoxdur.

Hesabat dövründə Azərbaycanın Lüksemburq, İspaniya və Malta ilə ticarət dövriyyəsi ümumilikdə 130 milyon 453,3 min dollar təşkil edib. Həmin göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz və ya 22 milyon 463,9 min dollar azdır.

Yeddi ayda Azərbaycandan Lüksemburq, İspaniya və Maltaya məhsul ixracının dəyəri ümumilikdə 64 milyon 436,85 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə və ya 54 milyon 603,13 min dollar çoxdur. Həmçinin Azərbaycan Lüksemburq, İspaniya və Maltadan 66 milyon 16,47 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 2,2 dəfə və ya 77 milyon 66,96 min dollar azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM