satellite   Azerspace-1: 11135 H 30000

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

“Bakı Metropoliteni” QSC-də bu axşam “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar iş qrafiki dəyişdiriləcək.

QSC-dən NTV-yə bildirilib ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq olunacaq. Xüsusi nəzarət mexanizmləri ilə stansiyaya növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Saat 20:00-da başlanacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınmaqla, sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək. “28 May” və “Nərimanov” stansiyalarında da nəzarət tədbirləri gücləndiriləcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Gün ərzində isə qatarların hərəkəti mövcud yay qrafiki üzrə tənzimlənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM