satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan hökuməti istefaya gedib

Qazaxıstan hökuməti istefaya gedib

Baş nazir Olcas Bektenovun rəhbərlik etdiyi Qazaxıstan hökuməti istefaya gedib.

NTV xəbər verir ki, hökumətin istefası barədə fərmanı Prezident Kasım-Jomart Tokayev imzalayıb.

Ölkənin yeni Konstitusiyasına əsasən, hökumət yeni seçilmiş parlament qarşısında səlahiyyətlərini dayandırır.

Konstitusiyanın 69-cu maddəsinin 1-ci bəndinə və “Qazaxıstan Respublikasının Hökuməti haqqında” Konstitusiya Qanununun 4-cü maddəsinə uyğun olaraq, hökumətin yeni seçilmiş Qurultay (parlament) qarşısında səlahiyyətlərini dayandırması ilə əlaqədar Prezident Tokayev qərara alıb ki, hazırkı hökumət üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini icra edəcəklər.

Yeni milli parlamentə seçkilər avqustun 23-də keçirilib. Hakim “Adilet” partiyası 71,17 faiz səs toplayaraq Qurultayda 110 deputat mandatı əldə edib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, hökumətin yenilənməsinin məqsədi sırf işdən çıxarmalar və ya “media kontenti” yaratmaq deyil, hökumətin fəaliyyətinə “ciddi təkan” verməkdir. O vurğulayıb ki, modernləşmə fasiləsiz aparılmalıdır, bu, mürəkkəb prosesdir və hökumət bu prosesdə mühüm rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft qiymətləri azalır

10:53 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM