satellite   Azerspace-1: 11135 H 30000

Yarımkölgəli Ay tutulması başa çatıb - YENİLƏNİB

Yarımkölgəli Ay tutulması başa çatıb<font color='red'> - YENİLƏNİB</font>

Yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.

Bu barədə NTV-yə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Yarımkölgəli Ay tutulması saat 05:23-də, qismən tutulma saat 06:33-də başlayıb. Maksimum tutulma saat 08:12-də olub. Qismən tutulma saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatıb.

05:23

Avqustun 28-də bu ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından NTV-yə verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçir və qismən tutulma müşahidə olunur. Ayın bir hissəsi qaralır, digər hissəsi isə işıqlı qalır. Yarımkölgəli Ay tutulması saat 05:23-də başlayıb. Qismən tutulma saat 06:33-də başlayacaq. Maksimum tutulma saat 08:12-də olacaq. Qismən tutulma saat 09:51-də, yarımkölgəli Ay tutulması saat 11:01-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-dək - Ay batana qədər müşahidə etmək mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft qiymətləri azalır

10:53 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM