satellite   Azerspace-1: 11135 H 30000

Yeni "Rafale" qırıcısı 2035-ci ilə qədər hazır ola bilər

Yeni "Rafale" qırıcısı 2035-ci ilə qədər hazır ola bilər

Fransanın müdafiə şirkəti "Dassault" "Rafale" qırıcısının modernləşdirilməsi çərçivəsində "F5" standartının hazırlanmasını 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə "BFM Business" telekanalının efirində "Dassault" şirkətinin baş direktoru Erik Trapye bildirib.

"Bu gün biz "Rafale F5" adlanan bu superqırıcı üzərində işləyirik. Biz artıq bu standartın detallı layihələndirilməsi ilə məşğuluq. Təhvil verilmə müddəti 2033-cü ildən 2035-ci ilə qədərdir", - o bildirib.

Trapye vurğulayıb ki, təyyarənin hazırlanmasında heç bir xarici şirkət iştirak etmir.

Bununla yanaşı, o, 2035-ci ildən sonra bu təyyarənin ixrac üçün təklif oluna biləcəyini də mümkün hesab edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM