satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır

Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır

Avropa İttifaqında (Aİ) yeni miqrasiya qaydalarının tətbiqi “Eurodac” məlumat bazasının imkanlarını və üzv dövlətlər arasında məsuliyyət bölgüsünü yenidən gündəmə gətirib.

NTV xəbər verir ki, 2025-ci ildə sistem 210 mindən çox halda sığınacaq axtaran şəxsin daha əvvəl başqa Aİ ölkəsində qeydiyyatdan keçdiyini müəyyən edib. Lakin Dublin mexanizmi çərçivəsində geri qaytarılma prosedurlarının icrası hələ də zəif olaraq qalır. Avropa Komissiyasının məlumatına görə, ötən il 111 min 708 transfer sorğusundan yalnız 16 min 620-si faktiki həyata keçirilib. İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Fransa “Eurodac”a daxil edilən məlumatların 74 faizini təmin edib.

Ekspertlər bildirirlər ki, genişləndirilmiş sistem daha çox məlumat toplasa da, bu, avtomatik olaraq dövlətlər arasında əməkdaşlığı təmin etmir. Yeni Miqrasiya və Sığınacaq Paktı həmrəylik mexanizmi vasitəsilə yükün bölüşdürülməsini nəzərdə tutur. Lakin mexanizmin səmərəliliyi siyasi iradə, inzibati imkanlar və üzv ölkələrin qaydalara əməl etməsindən asılı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM