satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

NTV-nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.

Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM