satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan qızıl ixracından gəlirini 34 % artırıb

Azərbaycan qızıl ixracından gəlirini 34 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 239,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

NTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,9 % çoxdur.

Təkcə iyulda isə Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9,7 % çoxdur.

7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft qiymətləri azalır

10:53 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM