satellite   Azerspace-1: 11135 H 30000

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Nəbatiyyə şəhərində “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib.

NTV “Lebanon Debate” portalına istinadən xəbər verir ki, zərbələr nəticəsində şəhərin şərqindəki Əli əl-Taher yüksəkliklərini müdafiə edən müqavimət qüvvələri itki verib. Ölən döyüşçülərin sayı barədə məlumat yoxdur.

İsrail ordusunun sözçüsü Ella Vaveyanın ərəb dilində verdiyi açıqlamaya görə, bu addım “Hizbullah”ın ölkənin hərbi mövqelərinə partlayıcı maddələrlə yüklənmiş dron hücumlarına cavab xarakteri daşıyır.

Ərəb Səlim yaşayış məntəqəsinə də hava zərbələri endirilib. Nəticədə bir qadın həlak olub, altı nəfər yaralanıb.

Qeyd edək ki, martın 2-də hərbi eskalasiya başlayandan bəri Livanda ölənlərin sayı 4350-yə, yaralıların sayı isə 12 min 310-a çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft qiymətləri azalır

10:53 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM