satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Latviyadan dondurma tədarükünü bərpa edib

Azərbaycan Latviyadan dondurma tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 6,75 milyon ABŞ dolları dəyərində 837 ton dondurma idxal edilib.

NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,2 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 380 ton (+11,4 %), Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (+73 %) 229 ton (+39 %), Belarusdan 577 min ABŞ dolları dəyərində (+41 %) 120 ton (+19 %), Çindən 536,4 min ABŞ dolları dəyərində 40 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 157 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 22,2 ton (+2 dəfə) məhsul alıb.

Azərbaycan 12 il 2 aylıq fasilənin ardından Latviyadan tədarükü (31,8 min ABŞ dolları dəyərində 2,9 ton) bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM