satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan yığmasını Litva ilə oyunda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb

Azərbaycan yığmasını Litva ilə oyunda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb

Azərbaycan yığmasını səfərdə Litvaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb.

NTV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Azərbaycanlı tərəfdarlar üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.

Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən "Dariaus ir Gireno" stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM