satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracına başlayacaq

Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracına başlayacaq

Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, - o deyib.

Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb: “Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM