satellite   Azerspace-1: 11135 H 30000

Ukraynadan ilk taxıl gəmisi sabah yola düşəcək

Ukraynadan ilk taxıl gəmisi sabah yola düşəcək

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmi sabah yola düşəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazir Oleksandr Kubrakovun sözlərinə görə, işlərin yaxın günlərdə başlayacağı gözlənilir.

"Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM