satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışı olub

İstanbulda taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışı olub

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib.

Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Birgə Koordinasiya Mərkəzi Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM