satellite   Azerspace-1: 11135 H 30000

Ankara Mosuldakı hücumda iştirak edənlərin məsuliyyətə cəlb edilməsini gözləyir

Ankara Mosuldakı hücumda iştirak edənlərin məsuliyyətə cəlb edilməsini gözləyir

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq rəsmilərindən Türkiyənin Mosul şəhərindəki Baş Konsulluğuna hücuma görə məsuliyyət daşıyanları dərhal məsuliyyətə cəlb etməyi tələb edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

"Biz İraq rəsmilərindən Türkiyənin Mosuldakı Baş Konsulluğuna edilən alçaq hücumda iştirak edənləri məsuliyyətə cəlb etmələrini gözləyirik", - deyə nazirliyin açıqlamasında deyilir.

"Bu hücum dinc əhaliyə və mülki hədəflərə kimin hücum etdiyini bir daha nümayiş etdirdi. Gec-tez hücumu həyata keçirən terrorçular da tutularaq digər terrorçular kimi məsuliyyətə cəlb olunacaqlar", - bəyanatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM