satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ermənistana 120 milyon dollar qrant verəcək

ABŞ Ermənistana 120 milyon dollar qrant verəcək

ABŞ demokratikləşməyə və iqtisadi sabitliyin qorunmasına yönəlmiş islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb. Qeyd olunur ki, Ermənistan hökuməti 2022-ci il iyunun 29-da imzalanan sazişi təsdiqləyib. Qrant vəsaitləri ayrı-ayrı tranşlarla köçürüləcək.

Məlumdur ki, demokratiyanın inkişafı üçün 68 milyon 556 min dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün isə 51 milyon 435 min dollar nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM