satellite   Azerspace-1: 11135 H 30000

Tehranda təbii fəlakət baş verib

Tehranda təbii fəlakət baş verib

Aramsız yağan yağışlar nəticəsində Tehranın İmamzadə Davud rayonunda təbii fəlakət baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, normadan artıq yağan yağış selə səbəb olub. Nəticədə 4 nəfər həlak olub, 9 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Tehranın bu rayonunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İctimai və şəxsi tikililərə böyük ziyan dəyib. İranın Qırmızı Aypara Cəmiyyəti hadisə yerində xilasetmə işlərini davam etdirir.

Hökumət komissiya yaradaraq dəyən zərəri dəqiqləşdirməyə çalışır. Prezident İbrahim Rəisi hökumətin təcili iclasını keçirib və insanlara yardım edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, son günlər İranda yağan yağışlar Fars, Kirman, Sistan-Bəlucistan, Mazandaran, Gilan, Mərkəzi və başqa vilayətlərdə də ağır fəsadlar törədib.

Fars vilayətində də 4 nəfərin sel nəticəsində həlak olması, 2 nəfərin isə itkin düşməsi barədə məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM