satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun əsgəri şəhid olub

Türkiyə ordusunun əsgəri şəhid olub

Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 28-də baş verib. Türkiyə ordusunun əsgəri terrorçuların açdığı atəş nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM