satellite   Azerspace-1: 11135 H 30000

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rada telekanalının efirində bildirib.

O qeyd edib ki, enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir.

“Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırıq”,- deyə nazir bildirib.

O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM