satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə NATO ölkələrinə çağırış edib

Türkiyə NATO ölkələrinə çağırış edib

“NATO müttəfiqlərimiz də daxil olmaqla bütün dünya ölkələri Türkiyənin Rusiya ilə Ukrayna arasındakı vasitəçilik səylərini dəstəkləməlidir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.

“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışa bilən, hər iki tərəfin inamını qazanmış dövlətdir. Türkiyə artıq beynəlxalq prosesləri kənardan izləyən dövlət deyil. İstanbulda imzalanan sazişlə qlobal səviyyədə qida böhranının qarşısını aldıq. Türkiyə indiyədək olduğu kimi, bundan sonra da səylərini regionda sabitliyin təmin olunmasına sərf edəcək”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM