satellite   Azerspace-1: 11135 H 30000

Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib

Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib

Ukrayna Prezidenti Vladimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Facebook" hesabında bildirilib.

“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - Zelenski vurğulayıb.

Qeyd edək ki, Zelenski ilə yanaşı, limana G7 ölkələrinin səfirləri də gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM