satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb

Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb

Cari ilin birinci yarısında Ermənistanda cinayət halları, o cümlədən qətl, oğurluq, quldurluq, qarət halları 22,3 % artıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Polis rəisinin birinci müavini Aram Ovannisyan bildirib.

Polisin Əməliyyat Hesabatına əsasən, ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 17 005 fakt artıb.

O, qeyd edib ki, qəsdən sağlamlığa xüsusilə ağır zərər vurma, avtoxuliqanlıq, oğurluq, o cümlədən nəqliyyat vasitələrinin oğurluğu halları artıb.

Bundan əlavə, ölkədə 442 korrupsiya cinayəti müəyyən edilib ki, onlardan 134-ü rüşvətxorluq, 64-ü vəzifə səlahiyyətlərindən istifadə etməklə mənimsəmə, 44-ü vəzifə saxtakarlığı, 90-ı vəzifə səlahiyyətlərindən sui-istifadə, 47-si vəzifə səlahiyyətlərindən sui-istifadə olub.

İstintaq orqanları tərəfindən 91 524 material hazırlanıb, 10 065 cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM