satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini intensiv atəşə tutub

Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda ərazidə xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM