satellite   Azerspace-1: 11135 H 30000

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu məlumat Norveç hökumətinin saytında açıqlanıb. Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün ona yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.

Qeyd edək ki, daha əvvəl Norveç hökumətinin qərarı ilə bir neçə dəfə Ukraynaya müxtəlif nomenklaturlu hərbi texnika verilib. Ukraynaya verilmiş silahlar arasında - artilleriya topları, tırtıllı reaktiv qurğular, hava hücumundan müdafiə təyinatlı daşınabilən vasitələr və zirehli avtomobillər, həmçinin verilmiş silah sistemləri üçün raketlər və mərmilər var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM