satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb

Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb

İyulun 31-nə olan məlumata görə, Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 348 nəfər yerli sakinin meyiti aşkarlanıb, daha 300 nəfər itkin düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andriy Nebitov bildirib.

“Bu gün təəssüf ki, Rusiya Federasiyasının təcavüzü nəticəsində həlak olmuş 1 348 mülki vətəndaşın meyitini aşkarlamışıq”, - o, milli telemarafonun efirində deyib.

Nebitov qeyd edib ki, mülki şəxslərin üzərində işgəncə izləri olan meyitlərinin aşkarlanması halları heç də az deyil.

“(Rusiya hərbçilərinin - red) mövqelərinin yaxınlığında aşkarlanan 7 nəfərin meyitinin olduğu sonuncu kütləvi məzarlıqda onların hamısı başlarına atəş açılmaqla öldürüldüyü müəyyən edilib, lakin bundan əvvəl dizlərindən güllələniblər: bir, hətta iki güllə ilə. Və bəzilərinin əlləri bağlı olub", - Kiyev vilayətinin polis rəisi bildirib.

Onun sözlərinə görə, şəxsiyyətləri müəyyənləşdirilənlər mülki şəxslərdir, onların nə müdafiəyə, nə də hər hansı hərbi hissəyə aidiyyəti var. “Buna görə də söhbət Rusiya ordusu tərəfindən Ukrayna xalqının qəsdən soyqırımından gedir”, - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM