satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb

Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb

Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.

Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynaya məxsus limanları mühasirədə saxlayır. Bu səbəbdən, Ukraynanın taxıl dolu gəmiləri ünvanına yetişmir. Rusiyanın davranışı ilə əlaqədar Afrikanın bir sıra dövlətlərinə taxıl çatışmazlığı yaranıb. Bu da dünyada ərzaq məhsullarının qiymətinin bahalaşmasına təsir göstərən amillərdən sayılır.

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstanbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan maneə aradan qaldırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM