satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada itkin düşmüş uşaqların axtarışı üzrə platforma istifadəyə verilib

Ukraynada itkin düşmüş uşaqların axtarışı üzrə platforma istifadəyə verilib

Ukraynada “Müharibənin uşaqları” (“Deti voynı”) adlı informasiya platforması istifadəyə verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna Prezidentinin uşaqların hüquqları və reabilitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçuk məlumat verib.

Bu platforma vasitəsilə valideynlər və hüquq-mühafizə orqanları itkin düşmüş və Rusiyaya qanunsuz deportasiya olunmuş uşaqlar haqqında məlumat əldə edə bilərlər.

Xatırladaq ki, müharibə nəticəsində Ukraynada ölən və ya yaralanan uşaqların sayı artmaqdır. Belə ki, indiyədək uşaqlar arasında 684 yaralanma, 358 ölüm, 197 itkin düşmə faktı qeydə alınıb, azı 5 703 uşaq Rusiyaya qanunsuz deportasiya olunub. D.Gerasimçuk iyulun 28-nə olan məlumata görə, 3 833 uşağın tapıldığını, daha 47 uşağın deportasiyadan geri qaytarıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM