satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Xerson regionunda 46 yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu Xerson regionunda 46 yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson regionunun 46 yaşayış məntəqəsini azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butriy “Interfax-Ukraina”ya açıqlamasında bildirib.

Bununla belə, o, region tam azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb: “Bu gün Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk ilə, azı isə cənubda, Nikolayev regionu ilə həmsərhəddir”.

Butriy qeyd edib ki, azad edilən kəndlər praktiki olaraq 90%-dək dağıdılıb və davamlı olaraq top atəşi altındadır, əhalisi isə əsasən oranı tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM