satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi Yaponiyanın Baş naziri ilə Hiroşimada görüşəcək

BMT-nin Baş katibi Yaponiyanın Baş naziri ilə Hiroşimada görüşəcək

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 6-da Hiroşimanın atom bombardmanına məruz qalmasının ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib.

“BMT-nin Baş katibi avqustun 5-dən 8-dək Yaponiyaya səfər edəcək. Avqustun 6-da o, Hiroşima şəhərinin atom bombardmanı qurbanlarının xatirə mərasiminə qatılacaq və burada Baş nazir Fumio Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşü planlaşdırılır”, - deyə baş katib bildirib.

Qeyd edək ki, A.Quterriş 2018-ci il avqustun 9-da Naqasakidə atom bombardmanı qurbanlarının xatirə mərasimində iştirak edib. Növbəti dövrdə Baş katib Hiroşimada keçirilən mərasimə qatılmağı planlaşdırsa da, koronavirus pandemiyasına görə bunu edə bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM