satellite   Azerspace-1: 11135 H 30000

Tayvan ordusu Pelosinin mümkün səfəri ərəfəsində hərbi hazırlıq səviyyəsini artırıb

Tayvan ordusu Pelosinin mümkün səfəri ərəfəsində hərbi hazırlıq səviyyəsini artırıb

Tayvan ordusu hərbi hazırlıq səviyyəsini artırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Buna səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəridir.

Məlumata görə, döyüş hazırlığının səviyyəsi çərşənbə axşamı səhər saat 08:00-dan cümə axşamı günorta saatlarına qədər davam edəcək.

Tayvan mediasının məlumatına görə, Pelosi çərşənbə axşamı axşam adaya gələcək, oteldə gecələyəcək və ertəsi gün yerli hökumətin başçısı Tsay İnq-ven ilə görüşəcək.

Pelosinin səfəri son 25 ildə amerikalı siyasətçinin Tayvana ilk səfəri olacaq.

Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, səfər baş tutsa, bu, nəticəsiz qalmayacaq və Çin sərt tədbirlər görəcək.

Xatırladaq ki, Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər etmək üçün Asiyaya uçub.

Konqresin saytında yerləşdirilmiş xəbərdə Tayvana səfərdən bəhs edilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM