satellite   Azerspace-1: 11135 H 30000

Son sutkada sel nəticəsində Pakistanda 28 nəfər ölüb

Son sutkada sel nəticəsində Pakistanda 28 nəfər ölüb

Son sutkada sel və daşqınlar nəticəsində Pakistanda azı 28 nəfər ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Doon” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, iyul ayından yağan leysanlar nəticəsində ölənlərin ümumi sayı 400-ə yaxındır.

Vurğulanıb ki, təbii fəlakət 8,6 min yaşayış və inzibati binanı dağıdıb, minlərlə sakin evsiz qalıb. Sel 50 körpünü aparıb, 650 km uzunluğunda avtomobil yolu su altında qalıb. Ölkənin Bəlucistan əyalətində 200 min hektara yaxın ərazini su basıb, 20 min sakin daimi yaşayış yerinin tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM