satellite   Azerspace-1: 11135 H 30000

Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

Pelosi: “ABŞ Tayvandakı status-kvonu dəstəkləyir”

ABŞ Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istəyir və bundan geri çəkilməyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-venlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Pelosi qeyd edib ki, “Vahid Çin” siyasətinə hörmət edir, lakin ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. O, əlavə edib ki, ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu hər hansı bir şeyin baş verməsini istəmir. Pelosi səfəri ilə bağlı Tayvanın üzləşə biləcəyi iqtisadi nəticələrə münasibət bildirərkən qeyd edib ki, adanın ABŞ-la olan əlaqələri ona daha yaxşı iqtisadi mübadilə üçün qapı açır.

Tsai İnq-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qeyri-zəruri reaksiyadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM