satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib

Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyəti Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans rejimində operativ müşavirə keçirib.

Müşavirədə Qarabağda vəziyyət müzakirə edilib, Üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsinin zəruri olması israrla vurğulanıb.

Qarşıdakı yüksək səviyyəli Rusiya-Türkiyə danışıqları barədə də fikir mübadiləsi aparılıb, Rusiyanın sosial-iqtisadi inkişafı məsələlərinə toxunulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM