Türkiyədə Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi təsis edilib

Türkiyədə Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi təsis edilib

Türkiyə Respublikasına qarşı dezinformasiyaları aşkarlamaq və zərərsizləşdirmək məqsədilə xüsusi mərkəz təsis edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun özünün tviter hesabında məlumat paylaşıb.

İdarə rəhbəri Fahrettin Altun bildirib ki, yeni yaradılan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinə İdris Kardaş rəhbərlik edəcək.

Hazırda Türkiyənin “A Haber” telekanalının rəsmi saytında köşə yazıları ilə çıxış edən İ.Kardaş İstanbul Bilgi Universitetini bitirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM