satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada 1600-dən çox diversant saxlanılıb

Ukraynada 1600-dən çox diversant saxlanılıb

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin məlumat verib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”,- deyə o bildirib.

Onun sözlərinə görə, təxribatçıların əlaltıları ruslarla 5-10 min qrivenə qarşılığında əməkdaşlıq etməyə razılaşırlar: “Mükafat üçün satqınlar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin yeri, nəzarət-buraxılış məntəqələri, həmçinin raketlərin gəldiyi yerlər haqqında məlumat verirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM