satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan ordusunun hərbçiləri ölüb

Ermənistan ordusunun hərbçiləri ölüb

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Eyni zamanda bu gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Basarkeçər (Geqarkunik) qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM