satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək

Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək

İsrail hakimiyyəti ötən həftənin cümə günündən "İslami Cihad" qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.

“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, - məlumatda deyilir.

Bununla belə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM