satellite   Azerspace-1: 11135 H 30000

Hitlerin qol saatı Merilend hərracında 1,1 milyon dollara satılıb

Hitlerin qol saatı Merilend hərracında 1,1 milyon dollara satılıb

Merilenddəki hərrac evi vaxtilə Adolf Hitlerə məxsus olmuş qol saatını 1,1 milyon dollara satıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Çesapik-Sitidəki “Alexander Historical Auctions” hərrac evi bu qol saatını “İkinci Dünya müharibəsi dövrünün yadigarı” adlandıraraq eksponata 2-4 milyon dollar qiymət qoyub.

ABŞ mediasından verilən məlumata görə, bu həftə yəhudi təşkilatları və amerikalı ictimaiyyətçilər həmin satışa etiraz edərək onun heç bir tarixi dəyərə malik olmadığını bildiriblər. “Alexander Historical Auctions” hərrac evinin prezidenti Bill Panaqopulos hərracın hərəkətini müdafiə edərək bildirib ki, həmin saatı alan şəxs avropalı yəhudidir.

Saat AH insialları və svastika ilə bəzədilib. Hərrac evi bildirib ki, 1945-ci il mayın 4-də müttəfiqlərin qoşun hissələri Berxteskadendə Hitlerin iqamətgahına gələrkən bir fransız əsgər həmin saatı hərbi qənimət kimi götürüb.

Nasistlərin lideri 1945-ci il aprelin 30-da Berlində ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM