satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada İkinci Dünya müharibəsindən qalma bomba tapılıb

İtaliyada İkinci Dünya müharibəsindən qalma bomba tapılıb

İtaliyada quraqlıq səbəbindən suyun səviyyəsi aşağı düşən Po çayının yatağında İkinci Dünya müharibəsindən qalma partlamamış bomba tapılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Po çayının Mantova şəhəri yaxınlığındakı Borqo Virqilio qəsəbəsindən keçən hissəsində balıqçılar tərəfindən aşkar edilən bomba İtaliya ordusunun mütəxəssisləri tərəfindən keçirilən əməliyyat zamanı təhlükəsiz şəkildə zərərsizləşdirilib. Əməliyyat çərçivəsində bölgədə yaşayan təxminən 3 min nəfər təhlükəsizlik səbəbindən təxliyə edilib, dəmir yolu nəqliyyatının hərəkəti bir müddət dayandırılıb.

Müharibə dövründə təyyarədən atılan bombanın ABŞ istehsalı olduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM