satellite   Azerspace-1: 11135 H 30000

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, avqustun 9-da İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ liderinin avqustun 9-u üçün Ağ Ev tərəfindən yayılan qrafikində deyilir.

"Günün ikinci yarısında prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə qrafikdə bildirilir.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM