satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: Ukrayna limanlarında hazırda daha 20 gəmi gözləyir

Hulusi Akar: Ukrayna limanlarında hazırda daha 20 gəmi gözləyir

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan razılaşma tərəflərdən hər hansı birinin etirazı olmasa, 120 gün davam edəcək. Bu müqavilə təkcə Ukrayna limanlarından taxıl daşınmasını nəzərdə tutur. Razılaşma Rusiya limanlarını əhatə etmir, lakin bu istiqamətdə danışıqlar davam edir. Ukrayna limanlarında hazırda daha 20 gəmi gözləyir. Artıq bu istiqamətdə model formalaşıb, adı da “taxıl dəhlizi”dir. Ümid edirik ki, taxılla bağlı həll prosesi sülh üçün də nümunə olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən XIII Səfirlər konfransında çıxışı zamanı ifadə edib.

Türkiyənin terrorla mübarizəsi haqqında danışan nazir bildirib ki, indiyədək “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 311 terrorçu zərərsizləşdirilib.

Nazir qeyd edib ki, “Pəncə-Kilid” antiterror əməliyyatı son hissədir və bununla 26 kilometrlik xətt tamamlanacaq. Bundan sonra nəyin bahasına olursa olsun terror dəhlizinə icazə verməyəcəyik. Harada terrorçu varsa, hədəfimiz oradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM