satellite   Azerspace-1: 11135 H 30000

Kreml Ukraynanı “Bayraktar” zavoduna zərbə endirməklə təhdid edib

Kreml Ukraynanı “Bayraktar” zavoduna zərbə endirməklə təhdid edib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kreml rəsmisi həmin zavod yaradılacağı halda ora zərbə endirməklə təhdid edib.

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”, - D.Peskov söyləyib.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM