satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ŞƏT və MDB ölkələri müdafiə nazirlərinin görüşünü keçirməyi təklif edib

Rusiya ŞƏT və MDB ölkələri müdafiə nazirlərinin görüşünü keçirməyi təklif edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələri müdafiə nazirlərinin görüşünü keçirməyi təklif edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, nazir bu təklifi ŞƏT-in müdafiə nazirlərinin Daşkənddə keçirilən müşavirəsində irəli sürüb.

O bildirib ki, ŞƏT, MDB və digər dost ölkələrin müdafiə nazirləri bu ilin dekabrında Moskvada görüşüb koalisiya təhlükəsizliyi məsələlərini müzakirə edə bilərlər.

Bundan əlavə, nazir gələn il Rusiyada ŞƏT ölkələrinin (Sülh missiyası – 2023) birgə antiterror təlimlərinin də təşkil olunacağını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM