satellite   Azerspace-1: 11135 H 30000

Boris Conson Ukraynada səfərdədir

Boris Conson Ukraynada səfərdədir

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gedib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, o, Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb.

Bildirilib ki, səfərin məqsədi Ukraynanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən tədbirdə iştirak etməkdir.

Conson Zelenski ilə görüş zamanı yeni yardım paketini açıqlayıb. O bildirib ki, paketə 850 mikrodron daxildir.

Qeyd edək ki, B.Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri postundan istefa verib. O, payızadək, növbəti seçkilərədək bu vəzifəni icra edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM