Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, sənədə əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.
Bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.
